“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev
Əsas səhifəXəbərlər

Xəbərlər

Yardımlı rayonu Avaş kənd Nazim Cəfərov adına məktəbinin direktoru Rafiq Əliyevin 65 illik yubileyi qeyd olunub

News Image

Yardımlı rayonu Avaş kənd Nazim Cəfərov adına məktəbinin direktoru Rafiq Əliyevin 65 illik yubileyi qeyd olunub

15 oktyabr 2026-cı il tarixdə ETİHİ Yardımlı Rayon Komitəsinin təşkilatçılığı ilə Avaş kənd Nazim Cəfərov adına tam orta ümumtəhsil məktəbinin direktoru Əliyev Rafiq Balağa oğlunun 65 illik yubileyi münasibətilə tədbir keçirilib.

Tədbirdə YAP Yardımlı rayon təşkilatının sədri Anar Alışov, Yardımlı rayon Ağsaqqallar Şurasının sədri Etibar Əməşov, Yardımlı rayon Veteranlar Şurasının sədri Zakir İmanov, təhsil sektorunun məsləhətçisi Pənah Tağıyev, məktəbin pedaqoji kollektivi və kənd ağsaqqalları iştirak ediblər.

Tədbirdə çıxış edənlər yubilyarı əlamətdar 65 illik yubileyi münasibətilə təbrik edərək, ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və gələcək fəaliyyətində uğurlar arzulayıblar.

Çıxışlarda Rafiq Əliyevin təhsil sahəsindəki fəaliyyəti, məktəbin inkişafına verdiyi töhfələr, gənc nəslin təlim-tərbiyəsindəki xidmətləri və kollektiv arasında qazandığı hörmət xüsusi vurğulanıb. Qeyd olunub ki, müəllimlik peşəsinə sədaqət və təhsil sahəsində məsuliyyətli fəaliyyət hər zaman yüksək qiymətə layiqdir.

Səmimi şəraitdə keçən tədbirin sonunda ETİHİ Yardımlı Rayon Komitəsi tərəfindən Rafiq Balağa oğluna yubileyi münasibətilə hədiyyə təqdim olunub.

ETİHİ Yardımlı Rayon Komitəsi Rafiq Əliyevi 65 illik yubileyi münasibətilə bir daha təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür və fəaliyyətində yeni nailiyyətlər arzulayır.

ETİHİ Yardımlı rayon komitəsi 5 oktyabr-Müəllimlər Günü münasibətilə tədbir keçirib

News Image

ETİHİ Yardımlı rayon komitəsi 5 oktyabr-Müəllimlər Günü münasibətilə tədbir keçirib

5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə ETİHİ Yardımlı Rayon Komitəsinin təşkilatçılığı ilə rayonun təhsil işçiləri ilə görüş keçirilib.

Tədbir iştirakçıları əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə gül dəstələri qoyublar.

Tədbirdə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini icra edən Azər Xamiyev, rayonun təhsil işçiləri və digər qonaqlar iştirak ediblər.Çıxışlarda müəllim əməyinin cəmiyyətin inkişafında və gələcək nəslin formalaşmasında mühüm rolu qeyd olunub, təhsil işçilərinə göstərilən diqqət və qayğının əhəmiyyəti vurğulanıb.

Sonda ETİHİ Yardımlı Rayon Komitəsi tərəfindən Müəllimlər Günü münasibətilə rayonun təhsil sahəsində səmərəli fəaliyyəti ilə seçilən müəllim və təhsil işçilərinə hədiyyələr və mükafatlar təqdim olunub. Təhsil işçilərinə şərəfli və məsuliyyətli fəaliyyətlərində uğurlar, möhkəm cansağlığı və yeni nailiyyətlər arzulanıb.

Müəllim əməyinə yüksək dəyər

News Image

Müəllim əməyinə yüksək dəyər

5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Yardımlı rayonunun müxtəlif təhsil müəssisələrində müəllimlərlə görüşlər keçirilib.

ETİHİ Respublika Komitəsinin sektor müdiri Əli Rzayev və ETİHİ Yardımlı Rayon Komitəsinin sədri Azər Əkbərov Arvana, Avaş, Hamarkənd, Vərgədüz kənd tam orta məktəblərində və Horoni ümumi orta məktəbində müəllim kollektivləri ilə görüşərək onların bayramını təbrik ediblər.

Görüşlərdə müəllim əməyinin cəmiyyətimizin və gələcəyimizin formalaşmasındakı əvəzsiz rolu vurğulanıb, təhsil sahəsində fərqlənən müəllimlərə xoş arzular çatdırılıb və hədiyyələr təqdim olunub.

Müəllimə göstərilən diqqət və ehtiram gələcəyimizə verilən ən böyük dəyərdir.

Bütün müəllimlərimizi 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə ürəkdən təbrik edir, onlara möhkəm cansağlığı, səbir və pedaqoji fəaliyyətlərində yeni uğurlar arzulayırıq!

ETİHİ Yardımlı rayon komitəsi 27 Sentyabr – Anım Günü ilə əlaqədar Yardımlı Şəhidlər Xiyabanında tədbir keçirib

News Image

ETİHİ Yardımlı rayon komitəsi 27 Sentyabr – Anım Günü ilə əlaqədar Yardımlı Şəhidlər Xiyabanında tədbir keçirib

Tədbirdə yüzlərlə həmkarlar ittifaqı üzvü, ümumtəhsil müəssisələrinin rəhbər və pedaqoji işçiləri iştirak edib. İştirakçılar Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin məzarlarını ziyarət edərək üzərinə gül dəstələri qoyub, onların əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq!

Yardımlı rayonun ümumtəhsil məktəblərində 27 Sentyabr – Anım Günü ilə əlaqədar tədbirlər keçirilib

News Image

Yardımlı rayonun ümumtəhsil məktəblərində 27 Sentyabr – Anım Günü ilə əlaqədar tədbirlər keçirilib

25 sentyabr 2026-cı il tarixində Yardımlı rayonunun ümumtəhsil məktəblərində Anım Günü ilə əlaqədar tədbirlər keçirilib.

Tədbirlərdə şəhidlərimizin əziz xatirəsi yad edilib, onların Vətənimizin ərazi bütövlüyü uğrunda göstərdikləri qəhrəmanlıqlardan bəhs olunub. Şagirdlər tərəfindən şeirlər səsləndirilib, çıxışlar edilib və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Şəhidlərimizin əziz xatirəsini daim ehtiramla anırıq!

Yardımlı rayon ümumtəhsil müəssisələrində 15 sentyabr – Bilik Günü münasibətilə tədbirlər kecirildi

News Image

Yardımlı rayon ümumtəhsil müəssisələrində 15 sentyabr – Bilik Günü münasibətilə tədbirlər kecirildi

15 sentyabr – Bilik Günü münasibətilə Yardımlı rayonunun ümumtəhsil məktəblərində yeni tədris ilinin başlanması ilə bağlı tədbirlər keçirilib.

Tədbirlərdə müəllim və şagird kollektivləri iştirak edib, yeni tədris ili münasibətilə xoş arzular səsləndirilib. Şagirdlərə dərslərində uğurlar, müəllimlərə isə məsuliyyətli və şərəfli fəaliyyətlərində nailiyyətlər arzulayıq.

Yeni tədris ili hər bir şagird və müəllim üçün uğurlu və yaddaqalan olsun!

ETİHİ Yardımlı rayon komitəsi tərəfindən Səmədov Mirhübət Qeyrət oğlunun 70 illik yubileyi qeyd olunub

News Image

ETİHİ Yardımlı rayon komitəsi tərəfindən Səmədov Mirhübət Qeyrət oğlunun 70 illik yubileyi qeyd olunub

11 sentyabr 2026-cı il tarixində ETİHİ Yardımlı Rayon Komitəsinin təşkilatçılığı ilə M.F.Axundov adına şəhər 1 saylı tam orta məktəbdə müəllim Səmədov Mirhübət Qeyrət oğlunun 70 illik yubileyi münasibətilə tədbir keçirilib.

Tədbirdə məktəbin kollektivi iştirak edib. Məktəbin direktoru Nəsib Qurbanov tədbiri açaraq yubilyarı təbrik edib.

ETİHİ Yardımlı Rayon Komitəsinin sədri Azər Əkbərov çıxış edərək Mirhübət Səmədovun həyat və əmək fəaliyyəti haqqında məlumat verib, onu 70 illik yubileyi münasibətilə təbrik edib və gələcək fəaliyyətində uğurlar arzulayıb.

Tədbirdə kollektiv üzvləri tərəfindən yubilyara xoş arzular çatdırılıb, çıxışlar edilib.

Sonda Mirhübət Səmədov göstərilən diqqət və təbriklərə görə təşəkkürünü bildirib.

Yubiley münasibətilə ETİHİ Yardımlı Rayon Komitəsi tərəfindən Mirhübət Səmədova Fəxri Fərman və hədiyyə təqdim olunub.

ETİHİ Yardımlı rayon komitəsi tərəfindən Əkbər Rəvanın yeni kitabının təqdimatı keçirilib

News Image

ETİHİ Yardımlı rayon komitəsi tərəfindən Əkbər Rəvanın yeni kitabının təqdimatı keçirilib

10 sentyabr 2026-cı il tarixində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Yardımlı Rayon Komitəsinin təşkilatçılığı ilə Əkbərov Əkbər Mətləb oğlunun yeni kitabının təqdimat mərasimi keçirilib.

Əkbər Mətləb oğlu uzun illər Məlikli kənd ümumi orta məktəbində direktor və müəllim kimi fəaliyyət göstərib. O, eyni zamanda məktəbin ilk həmkarlar təşkilatı sədri olub. Ədəbi yaradıcılıqla məşğul olan Əkbər müəllimin bu günədək 3 kitabı işıq üzü görüb.

Tədbirdə Əkbər Mətləb oğlunun həyat və yaradıcılığı haqqında məlumatı təqdim etdim. Daha sonra Yardımlı Rayon Təhsil Sektorunun məsləhətçiləri Tağıyev Pənah Duman oğlu, Rzayev Cavanşir Əhməd oğlu və Anzov kənd tam orta məktəbin direktoru, yazıçı Balaşov Malik Dəmir oğlu çıxış edərək Əkbər müəllimin pedaqoji və yaradıcılıq fəaliyyətindən söz açdılar.

Bu il yaş həddi ilə əlaqədar təqaüdə ayrılan Əkbər Mətləb oğluna ETİHİ Yardımlı Rayon Komitəsi tərəfindən fəxri fərman və hədiyyələr təqdim olunub.

Əkbər müəllimi təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür və ədəbi yaradıcılıq fəaliyyətində yeni uğurlar arzulayırıq.

Yardımlıda yüksək bal toplayan məzunlarla görüş keçirilib

News Image

Yardımlıda yüksək bal toplayan məzunlarla görüş keçirilib

07 sentyabr 2026-cı il tarixində Yardımlı Rayon İcra Hakimiyyəti, Lənkəran-Astara Regional Təhsil İdarəsinin Yardımlı rayonu üzrə Təhsil Sektoru və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Yardımlı Rayon Komitəsinin birgə təşkilatçılığı ilə 2025–2026-cı tədris ilində ali məktəblərə qəbul imtahanlarında 500 baldan yuxarı nəticə göstərərək tələbə adını qazanan məzunlarla görüş keçirilib.

Görüşdə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov, Lənkəran-Astara Regional Təhsil İdarəsinin Yardımlı rayonu üzrə Təhsil Sektorunun müdiri Kamal Təhməzov, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Yardımlı Rayon Komitəsinin sədri Azər Əkbərov, təhsil işçiləri, məzunlar və onların valideynləri iştirak ediblər.

Tədbirdə çıxış edənlər ali məktəblərə qəbul olaraq yüksək nəticə göstərən məzunları təbrik edib, onların qazandıqları uğurun həm özləri, həm də ailələri, müəllimləri və rayon ictimaiyyəti üçün böyük qürur mənbəyi olduğunu bildiriblər. Məzunlara gələcək təhsil həyatlarında uğurlar, yüksək nailiyyətlər və layiqli mütəxəssis kimi formalaşmaları arzulanıb.

Görüş zamanı məzunların əldə etdikləri nəticələrin onların əzmkarlığının, müəllimlərinin zəhmətinin və valideynlərinin dəstəyinin göstəricisi olduğu vurğulanıb.

Tədbirin sonunda yüksək nəticə göstərərək tələbə adını qazanan məzunlara ETİHİ Yardımlı rayon komitəsi tərəfindən Fəxri Fərmanlar və qiymətli hədiyyələr təqdim olunub. Sonda iştirakçılarla xatirə şəkilləri çəkdirilib.

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarını 6 medalla başa vurublar

News Image

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarını 6 medalla başa vurublar

Bolqarıstanın Albena şəhərində keçirilən Müəllimlərin XXII Yay İdman Oyunlarına yekun vurulub.

Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin (ETUCE) üzv təşkilatlarının nümayəndələrinin iştirak etdiyi beynəlxalq yarışlarda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) təmsilçiləri uğurlu nəticələr əldə ediblər.

ETİHİ təmsilçiləri yarışları 4 birincilik və 2 üçüncülük olmaqla, ümumilikdə 6 mükafatla başa vurublar.

Mini-futbol üzrə komandamız final görüşündə Polşa təmsilçisini 5:4 hesabla məğlub edərək turnirin qalibi olub.

Stolüstü tennis üzrə komanda yarışlarında qadınlardan ibarət komandamız 1-ci, kişilərdən ibarət komandamız isə 3-cü yeri tutub.

Qadınlar arasında stolüstü tennis üzrə fərdi yarışda Nizami rayonu 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin məşqçi-müəllimi Rüfət Əliyeva 1-ci, Xətai rayonu 56 saylı tam orta məktəbin müəllimi Xəyalə Qiyasova isə 3-cü yeri tutub. Şahmat üzrə fərdi yarışda isə Şəmkir rayonu Kimya və Biologiya Təmayüllü Liseyinin müəllimi Bünyad Əsgərov 1-ci yerə layiq görülüb.

Sonda qaliblər Bolqarıstan Müəllimlər Birliyinin prezidenti Yanka Takeva, Bolqarıstan Müstəqil Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Todor Kapitanov, Bolqarıstan İşçilərinin İdman və Sağlamlıq Federasiyasının prezidenti, İşçilərin İdmanı üzrə Balkan Assosiasiyasının vitse-prezidenti Desislava Yagodin və Varna şəhərinin meri Blagomir Kotsev tərəfindən kubok və medallarla təltif olunublar.

Beynəlxalq yarış təhsil işçiləri arasında sağlam həyat tərzinin təşviqində, eləcə də həmkarlar ittifaqı üzvləri arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında mühüm rol oynayır.

Qeyd edək ki, 2004-cü ildən etibarən keçirilən bu yarışlarda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş respublika idman yarışlarında yüksək nəticələr göstərərək seçilmiş ittifaq üzvləri iştirak edirlər.

Yardımlıda təhsil işçilərinin konfransı keçirilib

News Image

Yardımlıda təhsil işçilərinin konfransı keçirilib

27 avqust 2026-cı il tarixində Yardımlı Rayon Mədəniyyət Mərkəzində təhsil işçilərinin konfransı keçirilib.

Konfransda Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov, Lənkəran-Astara Regional Təhsil İdarəsinin Tədrisin Keyfiyyəti sektorunun müdiri Namiq Aslanov, Yardımlı rayonu üzrə təhsil sektorunun müdiri Kamal Təhməzov, ETİHİ Yardımlı rayon komitəsinin sədri Azər Əkbərov və təhsil işçiləri iştirak ediblər.

Tədbir Ümummilli Lider Heydər Əliyevin abidəsinin ziyarəti ilə başlayıb. İştirakçılar abidənin önünə gül dəstələri düzüb, Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər.

Daha sonra şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərovun təbrik məktubu Rayon İcra Hakimiyyəti başçısının müavini – Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri Miramil Səmədli tərəfindən səsləndirilib. Təbrik məktubunda təhsilin rayonun inkişafında mühüm rol oynadığı vurğulanıb, rayonun təhsil sisteminin inkişafı, təhsil infrastrukturunun yaxşılaşdırılması və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində həyata keçirilən tədbirlər barədə fikirlər bildirilib.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri Namiq Aslanov çıxışında ötən tədris ilinin nəticələrinə toxunaraq tədrisin keyfiyyətinin artırılması, nəticələrin sistemli təhlili, müəllimlərin peşəkar inkişafının dəstəklənməsi və təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin yüksəldilməsi ilə bağlı əsas istiqamətləri diqqətə çatdırıb.

Daha sonra Yardımlı rayonu üzrə təhsil sektorunun müdiri Kamal Təhməzov 2025–2026-cı tədris ilinin yekunlarına dair hesabat təqdim edib. Hesabatda rayonun ümumi təhsil və məktəbəqədər təhsil müəssisələrinin fəaliyyəti, şagirdlərin qiymətləndirmə və buraxılış imtahanlarının nəticələri, əvvəlki illərlə müqayisəli göstəricilər, əldə olunan nailiyyətlər, eləcə də mövcud çətinliklər və onların səbəbləri ətraflı təhlil edilib.

Konfransda IV və VI siniflər üzrə keçirilmiş monitorinqlərin nəticələri, eləcə də IX və XI siniflər üzrə buraxılış imtahanlarının göstəriciləri əvvəlki illərlə müqayisəli şəkildə təhlil edilib, əldə olunan nəticələrin inkişaf dinamikası və qarşıda duran hədəflər müəyyənləşdirilib.

Yeni tədris ilində təhsil nəticələrinin yüksəldilməsi, məktəbdaxili qiymətləndirmənin səmərəli təşkili, şagirdlərlə məqsədyönlü işin gücləndirilməsi, müəllimlərin peşəkar inkişafının dəstəklənməsi və məktəb idarəetməsinin təkmilləşdirilməsi əsas fəaliyyət istiqamətləri kimi diqqətə çatdırılıb.

Konfrans çərçivəsində qarşıda duran vəzifələr və yeni tədris ilinin əsas hədəfləri ətrafında fikir mübadiləsi aparılıb, təhsil müəssisələrinin rəhbərlərinə müvafiq tövsiyələr verilib.Yardımlıda təhsil işçilərinin konfransı keçirilib.

Konfrans çərçivəsində qarşıda duran vəzifələr və yeni tədris ilinin əsas hədəfləri ətrafında fikir mübadiləsi aparılıb, təhsil müəssisələrinin rəhbərlərinə müvafiq tövsiyələr verilib.

ETİHİ Yardımlı rayon komitəsi tərəfindən müəllimin 65 illik yubileyi qeyd olunub

News Image

ETİHİ Yardımlı rayon komitəsi tərəfindən müəllimin 65 illik yubileyi qeyd olunub

03 avqust 2026-cı il tarixdə ETİHİ Yardımlı rayon komitəsi tərəfindən Yardımlı rayonunun Çanaxbulaq kənd tam orta məktəbinin müəllimi Ağayev Rasim Ağayar oğlunun 65 illik yubileyi münasibətilə tədbir keçirilib.

Tədbirdə Rasim müəllimin uzun illər ərzində təhsil sahəsində göstərdiyi səmərəli fəaliyyəti, müəllim əməyinə verdiyi töhfələr və gənc nəslin təlim-tərbiyəsindəki xidmətləri yüksək qiymətləndirilib.

Yubiley münasibətilə Ağayev Rasim Ağayar oğlu ETİHİ Yardımlı rayon komitəsi tərəfindən Fəxri Fərman və qiymətli hədiyyə ilə təltif olunub.

Rasim müəllimi 65 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və pedaqoji fəaliyyətində yeni uğurlar arzulayırıq!