“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev
Əsas səhifəHaqqımızda

Haqqımızda

aboutUsImage

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Yardımlı Rayon Komitəsi ilk olaraq Azərbaycan Mədəni-Maarif İşçiləri Həmkarlar İttifaqı Yardımlı Rayon Komitəsi adı ilə təsis olunub. Sonrakı illərdə bu təşkilat müxtəlif adlar altında fəaliyyətini davam etdirib və 2025-ci ilin iyul ayından etibarən ittifaqın adı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Yardımlı rayon komitəsi(ETİHİ Yardımlı RK) olaraq dəyişdirilib.  

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Yardımlı Rayon Komitəsi təhsil işçilərinin və tələbələrin əmək, sosial, iqtisadi hüquqlarını və qanuni mənafelərini müdafiə edən iş yeri, peşə üzrə yaradılmış ilk həmkarlar ittifaqı təşkilatlarının rayon birliyidir.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Yardımlı Rayon Komitəsi rayon təhsil müəssisələrində çalışan müəllimlərin və digər təhsil işçilərinin sosial-iqtisadi hüquqları və qanuni mənafelərini qorunmağı özünün əsas vəzifəsi hesab edir. Komitənin fəaliyyəti əsasən əmək münasibətlərinin düzgün tənzimlənməsi, üzvlərin sosial müdafiəsinin gücləndirilməsi, sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması, həmçinin mədəni-kütləvi, maarifləndirici, ictimai və idman tədbirlərinin təşkili istiqamətini əhatə edir.

Struktur baxımından Komitə təhsil müəssisələrində fəaliyyət göstərən ilk həmkarlar təşkilatları ilə sıx əməkdaşlıq şəraitində çalışır və üzvlərinin hüquqlarını və mənafelərinin müdafiəsi istiqamətində müxtəlif təşəbbüslərlə çıxış edir. Bundan əlavə, istirahət imkanlarının təşkili, sanatoriya-kurort yollayışlarının verilməsi, həssas qruplarla və gənclərlə iş sahəsində həyata keçirilən tədbirlər də Komitənin əsas fəaliyyət istiqamətlərindəndir. Komitə öz fəaliyyətini və onun sturukturuna daxil olan təşkilatlarla qarşılıqlı münasibətlərini üzvlər ilə daim ünsiyyət saxlayaraq könüllülük və bərabərlik, həmrəylik və sosial ədalət prinsipləri əsasında davam etdirir.

icon

İttifaqın struktur genişliyi və üzv sayı

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Yardımlı Rayon Komitəsi, rayon ərazisində fəaliyyət göstərən 78 ümumtəhsil məktəbi, 1 rayon təhsil sektoru, 1 peşə məktəbi və 4 uşaq bağcası - körpələr evi olmaqla 70 ilk həmkarlar ittifaqı təşkilatını və 2000-ə yaxın üzvü özündə birləşdirir.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Yardımlı Rayon Komitəsinin fəaliyyət istiqamətləri: